Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransa portalı: Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat vermir

Fransa portalı: Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat vermir

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi Zeynab Kazımovanın Fransanın “www.musulmansenfrance.fr” xəbər portalında “Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir” sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə əvvəlcə Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 18-də verdiyi açıqlamasında Azərbaycanı 44 gün davam edən müharibə zamanı Ermənistan tərəfindən qanunsuz olaraq döyüşənləri mühakimə etməkdə təqsirləndirdiyini bildirib və Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bununla məlumatını diqqətə çatdırıb. Jurnalist Azərbaycan tərəfinin istintaqında olan ermənilərin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamə imzalanandan sonra Azərbaycan ərazisinə daxil olan terror qruplaşmasının üzvü olduğunu qeyd edir. O, bildirir ki, bu qrupun təxribatçı fəaliyyəti nəticəsində 4 azərbaycanlı əsgər öldürülüb və bir mülki şəxs ağır yaralanıb.

“Təqsirləndirilən erməni əsilli Livan vətəndaşı, 44 günlük müharibə zamanı xarici hərbi muzdlu olaraq Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki Ermənistan vətəndaşı hazırda birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki şəxslərinə və əsgərlərinə işgəncə verməkdə günahlandırılır”, - deyə müəllif diqqətə çatdırır.

Müəllif xatırladır ki, Fransanın gündəlik nəşri olan “La Croix” qəzetinin mayın 28-dəki sayında Ermənistanın minalar qoymaqla məşğul olan döyüş mühəndislərinin olduğu bildirilib.

Zeynab Kazımova qeyd edir ki, Azərbaycan humanizm prinsipləri ilə hərəkət edərək indiyə qədər bəzi əsirləri Ermənistana verib. “Azərbaycan 44 günlük müharibədə əsir düşmüş 15 erməni əsgərini Ermənistanın Ağdam rayonunun 97 min tank əleyhinə və piyadaya qarşı mina xəritəsini vermək müqabilində azad edib. Ermənistan isə hələ də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina edir. Torpaqlar azad edildikdən sonra Kəlbəcər rayonunun Başlıbel kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın törətdiyi müharibə cinayətlərinin və Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlılar haqqında məlumatların gizlədilməsinin bariz sübutudur”, - deyə məqalədə vurğulanır.

Jurnalist yazır ki, beynəlxalq humanitar hüquq qanunları insan əleyhinə mina istifadəsini qadağan edir. Zeynab Kazımova ərazilərin ermənilər tərəfindən minalanmasının 22 mülki və 100-dən çox yaralı daxil olmaqla, 25-dən çox insanın ölümünə səbəb olduğunu, bu yaxınlarda iki azərbaycanlı jurnalistin - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışovun Kəlbəcərdə ermənilərin basdırdığı minaya düşərək həyatını itirdiklərini xatırladıb.

Müəllif təəssüflə vurğulayır ki, yalnız Ağdamdakı mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bir çox mina xəritələrini gizlədir və bu ölkənin yüksək vəzifəli şəxslərinin açıq şəkildə etiraf etdikləri kimi xəritələri Azərbaycana verməkdən imtina edir.

Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “Anadolu” agentliyinə açıqlamasında səsləndirdiyi fikirlərə yer verən məqalə müəllifi yazır ki, nazir sərhəddəki gərginliyi dəyərləndirərək deyib: “Torpaqlarımız 30 ildir işğal altında olduğu üçün Azərbaycan sərhədlərinə nəzarət edə bilmirdi. Keçən il 44 günlük müharibə ilə ərazi bütövlüyümüzü bərpa etdik və Ermənistanla aramızda 398,7 kilometrlik sərhədə nəzarət təmin olundu. Tərəflər arasında sərhəd xətti məsələsində fikir ayrılığı, fərqli yanaşmalar var. Çünki sovet dönəmində sadəcə idarəedici sərhədlər vardı. Tərəflərdə xəritələr var və bu xəritələr bəzi yerlərdə fərqlilik göstərir. Azərbaycan məsuliyyətli davranır və sərhəddə daha böyük gərginlik olmaması üçün əlindən gələni edir”.

Müəllif yazır ki, Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin salonunda and içərək, BMT Baş katibi vəzifəsinə ikinci dəfə təyin olunan Antonio Quterreş, dünyanın çox dəyişdiyinə baxmayaraq, BMT-nin vədlərinə sabit qaldığını, ancaq ölkələrin birlikdə çalışmasının lazım olduğunu söyləyib. Jurnalist qeyd edir ki, BMT Azərbaycan da daxil olmaqla, ölkələrin suverenliyini və sərhədlərinin toxunulmazlığını tanıyır. Ancaq Ermənistan həmişə olduğu kimi, Cənubi Qafqaz bölgəsinin inkişafına qarşı çıxmağa çalışır. “Ermənistanın manevrləri bölgədəki barışıq və əməkdaşlığı sabotaj etmək məqsədi daşıyır. Buna baxmayaraq, Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə Prezidenti Ərdoğan bölgənin “Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran arasında sülh və əmin-amanlıq bölgəsinə çevrilməsini arzuladı”, - deyə məqalə müəllifi vurğulayır.

Sonda Zeynab Kazımova qeyd edir ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı sülhsevər bir bölgə halına gətirmək üçün bütün səylərini göstərərək bölgədəki bütün ölkələri bu əməkdaşlıq prosesinə cəlb etmək istəyirlər. Bu səbəbdən də Ermənistan üçtərəfli razılaşmanın qalan bəndlərinin yerinə yetirilməsinə diqqət yetirməli, sərhədlərin delimitasiyası və demarkasiyası işində əməkdaşlıq etməli və Zəngəzur dəhlizinin açılmasında iştirak etməlidir. Nəhayət, bütün Qarabağ ərazisinə qoyulmuş mina xəritələrini təhvil verməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı