RƏSMİ XRONİKA
Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycan Respublikasına rəsmi səfəri
Rəsmi qarşılanma mərasimi
![Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycan Respublikasına rəsmi səfəri Rəsmi qarşılanma mərasimi](/files/2011/3/1200x630/1485175370136392913_1200x630.jpg)
Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Fransa Prezidentinə raport verdi. Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikola Sarkoziyə, Fransa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |