SİYASƏT
FRANSA XİN: FƏLƏSTİN-İSRAİL MÜNAQİŞƏSİ ZONASINDA BEYNƏLXALQ QÜVVƏLƏR YERLƏŞDİRMƏK LAZIMDIR
Bu fikri Fransanın xarici işlər naziri Dominik de Vilpen fransız radiosuna müsahibəsində bəyan etmişdir. O demişdir ki, “bu qüvvələr qəbul olunmuş qərarların yerinə yetirilməsi barədə beynəlxalq birliyin öhdəliklərini təsdiqləyərdilər”.
Nazir Fələstin Milli Muxtariyyətinin lideri Yasir Ərəfatın ölkədən çıxarılması haqqında İsrail hökumətinin qərarını şərh edərək vurğulamışdır ki, “bu, problemin həlli deyildir, əksinə, regionda sülhə zərbə vuran səhvdir və hətta xətadır. Sülhlə risk etmək olmaz”. O, Yaxın Şərqə dair beynəlxalq konfrans çağırılmasını bir daha təklif etmişdir.