Fransada “sarı jiletlər” etiraz aksiyasının doqquzuncu aktı başlayıb
Paris, 12 yanvar, AZƏRTAC
Fransada “sarı jiletlər” etiraz aksiyasının doqquzuncu aktı başlayıb.
AZƏRTAC xəbər verir ki, aksiyaçılar əsasən ölkənin Burj şəhərində, eləcə də digər şəhərlərdə toplaşıblar. Burj şəhərinin polis prefekturası nümayişi qadağan etsə də, səhər saatlarından artıq əvvəlki həftələrdən də çox aksiyaçının toplaşdığı bildirilir.
Parisdə etiraz aksiyaçıları Maliyyə və İqtisadiyyat Nazirliyinin yerləşdiyi Bersi məhəlləsindən yığışıblar. Aksiyaçıların şəhərin küçələrindən keçərək sonda mərkəzi Yelisey çölləri prospektinə gəlməsi planlaşdırılıb.
İctimai asayişin qorunması məqsədilə ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub ki, onlardan 5000-i Parisdədir.
Hökumətin aksiya zamanı qəti və sərt tədbirlər görməklə bağlı məlumatları “sarı jiletlər” etiraz aksiyaçılarının küçələrə çıxmasının qarşısını ala bilməyib.
Qeyd edək ki, hökumət ölkəni bürümüş etiraz aksiyası ilə bağlı milli debatların gələn çərşənbə günü başlayacağını bildirsə də, onun gözlənilən nəticələr verəcəyinə inam yoxdur. Eləcə də, aidiyyəti rəsmi şəxslərə milli debatları aparmaq təklif olunsa da, onlar bundan imtina ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]