Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın humanitar məsələlər adı altında təxribat kolonu - ŞƏRH

Fransanın humanitar məsələlər adı altında təxribat kolonu -  ŞƏRH

Bakı, 31 avqust, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, bərpa-quruculuq işləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılması artıq Xankəndidə yaşayan ermənilər tərəfindən də qəbul edilir. Çünki bu ərazidə yaşayan erməniəsilli vətəndaşlar həmin keçid məntəqəsindən heç bir problem olmadan keçdiklərini bəyan edirlər. İşğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradacaq. Ağdam-Xankəndi yolu hələ sovet dönəmində sülh, həyat yolu idi. Daim regionda münaqişə yaratmaq istəyən qüvvələrin, həmçinin qondarma rejimin təmsilçilərinin bu yoldan istifadədən imtina etmələri ara qarışdırmaqdan başqa bir şey deyil. Təəssüf ki, bir sıra ermənipərəst dövlətlər, xüsusilə Fransa Azərbaycanın öz ərazisində keçirdiyi yenidənqurma işlərindən ciddi narahatlıq keçirir, bu ölkənin dövlət rəsmiləri özlərini “zavallı ermənilərə canıyanan” kimi göstərir, müxtəlif vasitələrlə ölkəmizin daxili işlərinə qarışmağa cəhd edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, bu yaxınlarda Fransa humanitar yardım adı ilə yenidən ölkəmizin daxili işlərinə qarışıb. Humanitar yardım kampaniyasını siyasi alverə çevirən Fransa, guya Xankəndidə yaşayan erməniəsilli vətəndaşların “aclıqdan” xilas edilməsinə canıyananlıq edib və Azərbaycanın razılığı olmadan ermənilərə maddi yardım aparıb. Halbuki, buna qədər artıq Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə humanitar yük göndərib. Deməli, Xankəndidə yaşayan ermənilər üçün heç bir humanitar böhrandan söhbət gedə bilməz. Bəs onda Fransanın humanitar yardım adı ilə təşkil etdiyi siyasi şouda məqsəd nədir? Təbii ki, bu yolla “zavallı ermənilərin ağır həyat tərzi”ni dünya ictimaiyyətinə çatdırmaqdır. Digər məqsəd Azərbaycana təzyiq göstərmək, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəltməkdir.

Ə.Bədəlovun sözlərinə görə, Fransanın humanitar yardım təxribat kolonuna Paris şəhərinin meri Ann Hidalqonun və Strasburq meri Janna Barseqyanın başçılıq etmələri bir daha təsdiqləyir ki, bu ölkənin dövlət rəsmləri sanki öz vəzifələrinin nədən ibarət olduğunu unudub və “zavallı ermənilərin” həyat tərzi ilə məşğul olurlar. Mer vəzifəsi, yerli özünüidarəetmə orqanının rəhbəridir və heç bir halda dövlətin xarici siyasəti ilə məşğul ola bilməz. Ancaq merlər isə beynəlxalq hüququn normalarını kobud şəkildə pozur, müstəqil dövlətin ərazi bütövlüyünə hörmət etmir və bölgədə separatçılığı qızışdırırlar. Azərbaycanın razılığı olmadan atılan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi. Çünki ermənipərəst merlərin bu əməllərinin təxribatdan başqa bir şey olmadığı hər kəsə məlumdur. Onlar unutmamalıdırlar ki, Ermənistandan Azərbaycan ərazisinə daxil olan şəxslər və ya yük avtomobilləri beynəlxalq hüquq çərçivəsində tənzimlənməlidir.

Siyasi şərhçi Fransanın “öz gözündə tiri qoyub, başqasının gözündə tük axtarması”na da münasibət bildirib: “Bu yaxınlarda Fransada baş vermiş aksiyalar zamanı ölkəyə 1 milyard avrodan çox ziyan dəydiyi, 200 mağazanın talan edildiyi, 300 bank dilerinin tamamilə məhv edildiyi, tütün məhsulu satan 250 mağazaya ciddi ziyan dəydiyi bildirilir. Fransa sanki bütün bunları görməzliyə vuraraq başqa dövlətlərin daxili işlərinə qarışmağa adət edib. Elə buna görə də bu yaxınlarda Qərbi Afrika dövləti olan Nigerin səlahiyyətli orqanları Fransanın bu ölkədəki səfiri Silvan İttenin lisenziyasını ləğv etmək və ondan 48 saat ərzində ölkəni tərk etmək qərarına gəliblər. Bir neçə il əvvəl Fransanın Belarusdakı səfiri Nikolas De Lakoste də Minsk rəhbərliyinin tələbi ilə Belarusdan çıxarılmışdı. Üstəlik, Makronun öz ölkəsinin vətəndaşları tərəfindən şillələnməsi, “yumurta atəşinə” tutulması Fransanın dövlət başçısının hansı hörmətə malik olmasından xəbər verir”.

Ə.Bədəlov bildirib ki, Fransanın humanitar yardım kampaniyasını siyasi alverə çevirməsi beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Hətta bu “kampaniya”ya etiraz edənlər də olub. Məsələn, amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman yazır ki, Fransa Qarabağa humanitar yardım göndərəcəyini bəyan etməklə buradakı prosesə daxil olmaq və Qərbi Afrikadakı son biabırçı uğursuzluqları fonunda diplomatik gücünü təkmilləşdirmək istəyir. Fransanın Qarabağla bağlı niyyəti şəxsi maraq və bədxahlıqdır. Fransa İrəvanla münasibətlərindən Azərbaycanın ərazi bütövlüyünü pozacaq şəkildə sui-istifadə edərək sülh prosesini pozmaq riski altında qoyub.

“Fransa hazırda Qarabağın erməni sakinlərinə humanitar yardım göndərməklə, əslində, Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzuna kölgə salmağa çalışır. Bu ölkə ermənilərin uydurduğu Azərbaycanın yolu bağlaması və Qarabağ ermənilərinin əziyyət çəkməsi yalanını siyasi alverə çevirmək niyyətindədir. Bu da baş tutan sövdə deyil. Çünki Azərbaycanın öz haqq işi uğrunda mübarizədə beynəlxalq hüquq normalarına riayət etməsi artıq dünya birliyinə də bəllidir”, - deyə Ə.Bədəlov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edib

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

AZƏRTAC “AIREX 2026” sərgisinin media tərəfdaşıdır

“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir

“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” - elmi seminar

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür

Maka Boçorişvili: Dialoq olmadan Aİ Gürcüstandakı prosesləri obyektiv qiymətləndirə bilməyəcək

Büdcə prosesinin iştirakçıları ilə müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur

Azərbaycanlı voleybolçu: Bolqarıstan klubu ilə matçın həlledici məqamlarında təcrübəmiz öz sözünü dedi

Samuxda yeni yaşıllıqlar salınıb

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafı Qırğızıstan üçün prioritet məsələdir

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

Dünyanın dörd texnologiya nəhəngi süni intellektə 740 milyard dollardan çox vəsait ayıracaq

“Ədəbi proses-2025”: müharibə mövzusu, gənc müəlliflər və detektiv ədəbiyyatın gələcəyi

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib

Ekspert: Metro şəbəkəsinin genişləndirilməsi şəhərətrafı ərazilərdə sərnişin axınının bölüşdürülməsinə imkan verəcək

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik

Azərbaycanla Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir

Avropa Komissiyası Gürcüstanla bağlı illik hesabatını təqdim edib

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Bakıda qəza - avtomobil klinikaya çırpıldı FOTOLAR VİDEO

Gəncədə “Gələcəyin karyerası” regional tədbiri: ekspertlər tələbələrə tövsiyələr veriblər

Tural Rzayev: Xankəndi istiqamətində hər addımımız Vətən sevgisindən güc alırdı

Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb

Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb

Gürcüstan parlamentinin sədri Qırğızıstan Prezidenti ilə Orta Dəhlizin inkişafını müzakirə edib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq

Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq

Deputat: Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

Qazaxıstan 2035-ci ilə qədər iki AES-in tikintisini başa çatdırmağı planlaşdırır

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

Pakistanlı ekspert: Avropa qlobal təsir imkanlarını yalnız ənənəvi iqtisadi güc vasitəsilə qoruya bilməz VİDEO

bp: “Şəfəq” layihəsi üzrə tikinti işlərinə 444 yerli işçi cəlb olunub

Aparat rəhbəri: Xarici ticarət saldosu 7,1 milyard dollar profisitlə formalaşıb

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib

Aparat rəhbəri: Bu günədək 633 investisiya təşviqi sənədi verilib

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib

Nazirlik: İşğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən indiyədək 26 milyard manatadək vəsait yönəldilib

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb

Bu il Səngəçal terminalından ixrac edilən neft və kondensatın həcmi 13 faiz azalıb

AQTİ rəsmisi: Arıqlama çayları piy kütləsini deyil, bədəndəki suyu və əzələni itirir

Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır

Amerikalı ekspert: Avropanın müxtəlif ölkələrində etirazlar uzun müddət davam edə bilər

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq

Rayonlarda leysan olacaq - PROQNOZ

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək

® Mərkəzi Gömrük Hospitalında dislipidemiyaya həsr edilmiş ödənişsiz elmi simpozium təşkil olunacaq

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Rəhman Hacıyev: Qarabağda daşınmaz əmlak bazarına investorların cəlb olunması üçün geniş imkanlar yaranıb VİDEO

Qazaxıstanda Aral-Xəzər magistralının tikintisini 2028-ci ilin sonunda başa çatdırmaq planlaşdırılır

Sahil Babayev: Növbəti ildə büdcə üzrə təhsil xərcləri 5,1 milyard manat proqnozlaşdırılır

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır

Mərkəzi Bankın sədri: Bank sektorunun struktur likvidlik profisiti 2,2 dəfə artıb

Maliyyə naziri: Gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 26,4 milyard manat proqnozlaşdırılır

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir

Taleh Kazımov: Gələn il inflyasiya səviyyəsinin hədəf daxilində olacağı gözlənilir

Bruno Retayo: Fransada immiqrantların yarısı yoxsulluq şəraitində yaşayır

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib- YENİLƏNİB

Avropanın təqdim etdiyi demokratik dəyərlərlə real siyasi davranışı arasındakı ziddiyyətlər bir daha üzə çıxdı - ŞƏRH

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb

Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər

Deputat: Ədəbiyyatda Qarabağ mövzusu müharibə təsvirindən qayıdışın bədii ifadəsinə doğru inkişaf edib

Zərdabda fermer və sahibkarlar aqrar sahədə dəstək mexanizmləri barədə məlumatlandırılıb

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub

Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ailələrinə qayıtmasını təmin edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında tarixə düşüb

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək

Britaniya kralının qardaşı məhkəmədə ifadə verəcək

Fransada milli dəmir yolu şirkəti ümummilli tətil ərəfəsində əməkdaşlarına 400 avro məbləğində mükafat təklif edib

Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi

Çin Demokratların qələbəsindən sonra ABŞ ilə konstruktiv strateji münasibətlər qurmağa çağırıb

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək

Maliyyə naziri: Gələn il Neft Fondunun gəlirləri 7,8 milyard dollar qiymətləndirilir

Sahil Babayev: Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olacaq

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri artıb

Nazir: 2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır

“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı – tələbələrə aylıq 200 manat veriləcək

Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib

Azərbaycan qlobal əhəmiyyətli müzakirələrə ev sahibliyi edən ölkə kimi tanınır - RƏY

Qazaxıstan parlamenti Asiya İnkişaf Bankı ilə 15 illik kredit müqaviləsini təsdiqləyib

Bu saata olan əsas xəbərlər

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum  REPORTAJ  VİDEO

Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ VİDEO

Vətən müharibəsinin xronikası: 4 noyabr

“Ədəbi proses – 2025”: Zəfər diskursundan Böyük Qayıdış ideyasına

Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır

BDU-da “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib

Komitə sədri: Gələn ilin büdcə gəlirləri 39,2 milyard manat proqnozlaşdırılır

Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? – Ali Məhkəmədən izah

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ayısəsi məbədi

FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb

SMIIC-in Baş Assambleyasının iclasında halal standartlaşdırma məsələləri nəzərdən keçirilib

2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb