Futbol üzrə Almaniya çempionatının bərpa olunacağı tarix dəqiqləşib
Bakı, 7 may, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın bərpa olunacağı tarix dəqiqləşib.
AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, Almaniya Futbol Liqası çempionatın mayın 16-da bərpa olunacağını açıqlayıb. Çempionatın iyunun 30-da başa çatdırılması planlaşdırılır.
Mayın 16-da “Borussiya Dortmund” - “Şalke” komandası ilə üz-üzə gələcək. “Leyptsiq” isə doğma meydanda “Frayburq” komandasını qəbul edəcək. Turnir cədvəlinin lideri “Bavariya” isə səfərdə “Union Berlin” klubunun qonağı olacaq.
Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]