İQTİSADİYYAT
Füzuli rayonunda yenidən qurulan daha bir kənd yolu istifadəyə verildi VİDEO
Füzuli, 13 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). Füzuli rayonunun Mirzənağılı-Əhmədalılar-Arayatılı-Kərimbəyli-Qarabağ-Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən 2674 metrlik hissəsi yenidən qurularaq istifadəyə verildi.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər son illərdə ölkədə gedən sosial-iqtisadi inkişafdan, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq və abadlıq işlərindən, həyata keçirilən layihələrdən danışdılar. Bildirildi ki, bu gün ölkəmizdə respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yolların da müasir səviyyədə tikintisi və yenidən qurulması istiqamətində mühüm işlər görülür.
Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.