G20 liderlərinin videokonfransı təxirə salınıb
Bakı, 25 aprel, AZƏRTAC
“Böyük iyirmilik” (G20) ölkələri liderlərinin ikinci videokonfransı Çin və ABŞ arasında Dünya Səhiyyə Təşkilatının rolu barədə fikir ayrılığı səbəbindən təxirə salınıb.
AZƏRTAC “South China Morning Post” nəşrinə istinadla xəbər verir ki, ABŞ Dünya Səhiyyə Təşkilatının Çin ərazisində başlayan və pandemiyaya səbəb olan COVID-19 xəstəliyinin yayılması ilə mübarizədə əvvəlki fəaliyyəti barədə hesabat tələb edir. Lakin Pekin Vaşinqtonun təşkilatın fəaliyyətini təhqiq etmək barədə təklifini müzakirə etməkdən qəti şəkildə boyun qaçırır.
Əgər tərəflər kompromisə nail olsalar və yekun sənəddə Dünya Səhiyyə Təşkilatına aid məsələdə razılığa gəlsələr, sammitin yaxın gələcəkdə baş tutacağı istisna olunmur.
Qeyd edək ki, G20 liderlərinin videokonfrans formatında ilk sammiti martın 26-da keçirilib. İştirakçılar pandemiya şəraitində dünya iqtisadiyyatının stabilləşməsi üçün 5 trilyon dollar ayırmaq barədə razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]