Gələn il ABŞ NATO-nun sammitinə ev sahibliyi edəcək
Bakı, 22 fevral, AZƏRTAC
2024-cü ildə ABŞ NATO-nun sammitini keçirəcək.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden Varşavada çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Ukrayna özünü müdafiə etdiyi müddətdə ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə onu dəstəkləməkdə davam edəcək. “Gələn il mən NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcəyəm. Biz birlikdə dünya tarixində ən güclü müdafiə ittifaqının 75-ci ildönümünü birlikdə qeyd edəcəyik”, - deyə ABŞ lideri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]