ELM VƏ TƏHSİL
“Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?” intellektual yarışı
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) könüllüləri və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin 5-ci sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş yarış hər birində 15 sual olmaqla 2 turda təşkil olunub.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarının daha yaxından tanıdılmasıdır.
Yarışda 6 komanda iştirak edib. “Qarabağ” komandası qalib gəlin. Qalib komandanın üzvlərinə sertifikat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [17:46]
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir
- 11.05.2024 [15:10]
“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb
- 11.05.2024 [00:18]
İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib
- 10.05.2024 [20:14]
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub
- 10.05.2024 [19:47]