CƏMİYYƏT
Gəncədə ilk dəfə olaraq körpələr evi–uşaq bağçası kompleksi yaradılır
Gəncə, 18 iyul (AZƏRTAC). Gəncədə aparılan abadlıq və quruculuq işləri çərçivəsində şəhərdə fəaliyyət göstərən uşaq tərbiyə müəssisələrinin təmir və yenidən qurulması işlərinə də başlanılıb.
AZƏRTAC xəbər verir ki, avtomobil zavodu qəsəbəsində artıq xeyli vaxtdır körpələr evi-uşaq bağçası kompleksi yaradılır. 400 yerlik bağçanın ümumi sahəsi 2 min kvadratmetrdir.
Bəzi üstünlükləri ilə digər uşaq tərbiyə müəssisələrindən fərqlənəcək bağçada şahmat və kompyuter otaqları, müasir qapalı və açıq oyun meydançaları, hətta üzgüçülük hovuzu da olacaq. Bütün bunlar isə uşaqların hərtərəfli inkişafına müsbət təsir göstərəcək.
İki əsas korpusdan ibarət bağçanın bir korpusunda artıq işlər yekunlaşıb.
Digər işlərin isə yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.