REGİONLAR
Gəncədə “Ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində rolu” mövzusunda tədbir keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16630495164837940509_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1663049516880644789_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1663049516376964091_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630495162459537642_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630495166361662020_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630495161006011233_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630495161249051648_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16630495164689259362_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/166304951693214776_1200x630.jpg)
Gəncə, 13 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə və təşkilat rəhbərləri, nizamişünaslar, alimlər, yazıçılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad edilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin Nizami yurdu olan qədim Gəncəyə, eləcə də Nizami Gəncəvi irsinə diqqət və qayğısından danışıb, Nizami Gəncəvinin anadan olmasının 881-ci ildönümü ilə bağlı Gəncədə keçirilən silsilə tədbirləri diqqətə çatdırıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə dahi şairimiz Nizami Gəncəvi irsinə xüsusi qayğı və diqqət göstərib. Bu mərhələdə Azərbaycanda nizamişünaslığın inkişafı Ulu Öndərin müdrik dövlətçilik siyasətinin tərkib hissəsindən biri olub. Gəncədə Nizami Gəncəvi məqbərəsinin bərpa olunaraq yenidən qurulması Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır.
Çıxışlardan sonra “Dahi mütəfəkkir Nizami Gəncəvinin irsinin təbliğində ulu öndər Heydər Əliyevin rolu” mövzusunda hazırlanan videoçarx nümayiş olunub. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.