Gəncədə Zəfər Günü münasibətilə konsert keçirilib, atəşfəşanlıq olub - YENİLƏNİB
Gəncə, 8 noyabr, AZƏRTAC
Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert keçirilib, atəşfəşanlıq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərin iştirakı ilə keçirilən Zəfər yürüşündən sonra, konsert proqramı təşkil edilib. Mədəniyyət xadimlərinin və incəsənət nümayəndələrinin ifalarında vətənpərvər mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.
Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
10:42
Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda şəhərdə hərbçilərin iştirakı ilə Zəfər yürüşü keçirilir.
Daha sonra ağacəkmə aksiyası və konsert proqramının təşkili nəzərdə tutulub.