GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İranın Gənclər Təşkilatının sədri Mehdi Soli ilə görüşmüşdür.
Azad Rəhimov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən geniş söz açmışdır. Bildirmişdir ki, son illər idmançılarımız beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumuş və vətənə medallarla dönmüşlər. Nazir Azərbaycanda idman sahəsində də böyük irəliləyişin baş verdiyini, ölkəmizdə bir çox beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etmişdir. Respublikamızın bir çox bölgələrində olimpiya-idman komplekslərinin tikilməsini diqqətə çatdıran nazir, bu istiqamətdə işlərin cari ildə də davam etdirildiyini bildirmişdir. A.Rəhimov Azərbaycan ilə İran arasında idman sahəsində əlaqələrin genişləndirilməsi üçün ardıcıl işlər görülməsi idmançılarımızın bir yerdə təlimlər keçməsi, idman sahəsində fəaliyyət göstərən təhsil müəssisələrimiz arasında əməkdaşlığın genişləndirilməsi barədə arzusunu ifadə etmçişdir. Vurğulamışdır ki, noyabrda İrana səfəri çərçivəsində bütün bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqdır.
Mehdi Soli ölkələrimiz arasında tarixi əlaqələrdən söz açmış və gənclər təşkilatlarının birgə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulamışdır. İranda gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açan qonaq bildirmişdir ki, yaxın gələcəkdə birgə idman yarışlarının, təlim məşqlərinin, turnirlərin keçirilməsi üçün danışıqlar aparılacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [21:37]
Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib
- 11.10.2026 [21:21]
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
- 11.10.2026 [20:47]
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
- 11.10.2026 [19:53]
“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam
- 11.10.2026 [19:01]
Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb
- 11.10.2026 [18:41]
“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib
- 11.10.2026 [18:06]
Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]