Gənclərimizi Böyük Vətən müharibəsi veteranlarımızla tanış etmək üçün “Yaşayan tarix” layihəsinə start verilib
Bakı, 9 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2011-ci ildən etibarən “Yaşayan tarix” adlı birgə layihə həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu müddətdə respublika üzrə 435 nəfər Böyük Vətən müharibəsi veteranından müsahibə alınaraq, onlar haqqında qısametrajlı videoçarxlar çəkilib. 2012-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşayan tarix” layihəsi çərçivəsində veteranların müsahibələrindən ibarət DVD disklərin I, II, III, IV, V və VI hissələri buraxılıb və onların iştirakı ilə geniş təqdimat mərasimləri təşkil olunub. Müsahibələr tələbələr tərəfindən alınıb, çəkiliş isə peşəkar yaradıcı heyət tərəfindən həyata keçirilib.
Layihənin əsas məqsədi gənclərimizi Böyük Vətən müharibəsinin canlı şahidi olan veteranların taleyi ilə yaxından tanış etmək, onlarda vətənpərvərlik ruhunu artırmaq, Azərbaycan xalqının bu müharibədə qələbənin əldə edilməsində göstərdiyi əvəzsiz xidmətləri, xüsusilə Bakı neftinin mühüm rolunu bir daha gündəmə gətirməkdir.
Mayın 9-da sosial şəbəkələr vasitəsilə “Yaşayan tarix” adlı layihəyə start verilərək veteranlarımızın müsahibələri təqdim edilir.
YouTube (İzləmə linki): https://www.youtube.com/watch?v=SukBHXsEvrA&list=PLkg-D-X1lXyWPwA9-woEagAJeNY4FO_DG, Google Drive (yükləmə linki): https://drive.google.com/open?id=1p4xWRECIBnFRZ9GxcwfK2C8k9Zz5j6ph