CƏMİYYƏT
“GəncLİK” proqramının iştirakçıları Vəkillər Kollegiyasının sədri ilə görüşüblər
![](/files/galleryphoto/2019/3/1200x630/w_1615720770874231551523_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/w_1615720770871876039887_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/w_1615720770873313412154_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçıları Gənclər Fondunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Vəkillər Kollegiyasının sədri son iki il ərzində Azərbaycan vəkilliyində aparılan islahatlar, bu islahatların reallığa qovuşmasında Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın əhəmiyyəti və digər dövləti əhəmiyyətli sənədlər, ölkə üzrə vəkillərin sayının artım dinamikası, habelə bu artımda gənc hüquqşünasların payı, insan hüquqlarının peşəkar və səmərəli müdafiəsində vəkilliyin müstəsna rolu barədə fikirlərini bölüşüb. Sədr tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti üç ay ərzində proqram çərçivəsində gənc liderlərə müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşlər təşkil olunacaq.