İDMAN
Gimnast Aleksandra Narkeviç: Bakıda mükafatçılara verilən gül dəstəsi ən orijinal hədiyyədir
![Gimnast Aleksandra Narkeviç: Bakıda mükafatçılara verilən gül dəstəsi ən orijinal hədiyyədir](/files/2015/2/1200x630/14345588736056056794_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Belarus gimnastı Aleksandra Narkeviç Bakıda keçirilən Avropa Oyunlarında ölkəsinin 3-cü yeri tutmasını komanda üzvlərinin əzmkarlığı ilə əlaqələndirib.
AZƏRTAC xəbər verir ki, komandanın çıxışı ilə əlaqədar Belarusun BelTA agentliyinə müsahibə verən A.Narkeviç Bakıda mükafatçılar sırasında olan idmançılara təqdim olunan çiçək dəstəsinin orijinallığını xüsusi qeyd edərək deyib: “Çalışdıq ki, lentlə çıxışlarımız zamanı buraxılan səhvləri unudaq. Bilirdik ki, halqa və gürzlərlə çıxışımız zamanı vəziyyəti düzəltmək şansımız olacaq. Nəticədə hakimlərdən yüksək qiymət alaraq üçüncü yerə yüksəlməyi bacardıq. Mükafatçılar sırasına düşdüyümüz üçün çox şadıq.
Bizə narla bəzədilmiş orijinal çiçək dəstəsi təqdim olundu. Düzünü desəm, mən xatırlamıram ki, çıxış etdiyimiz hansısa böyük turnirlərdə mükafatçılara verilən çiçək dəstəsi belə orijinal olsun”.
Məqalənin tam mətnini bu linkdən oxumaq olar: