GİRESUN ŞƏHƏRİNİN YENİ MEYDANINA AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADI VERİLMİŞDİR
Türkiyədən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Türkiyənin Qara dəniz sahilində yerləşən iri şəhərlərdən biri olan Giresunun bələdiyyəsi şəhərin yeni meydanına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adını verməyi qərara almışdır.
Qərarda deyilir ki, Azərbaycan Prezidenti Heydər Əliyev bir millətin iki dövləti olan ölkələrimizın həmrəyliyinin yüksək səviyyəyə çatdırılmasında, Azərbaycanın latın əlifbasına keçməsinin təmin edilməsində, ortaq Türk mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdir.
Türkiyənin Giresun vilayəti və onun mərkəzi ilə Azərbaycanın Şəki rayonu və şəhəri qardaşlaşmış vilayətlər və şəhərlərdir. Bu barədə 2001-ci il martın 12-də Giresunda müvafiq protokol imzalanmışdır.