Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb
Bakı, 3 avqust, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkəyə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, hər iki fakt idarənin “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb. Gürcüstan istiqamətindən respublikamıza daxil olan “Mercedes-Benz 1223L” və “Mercedes-Actros 1841 LS” markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 40 ampul, 568 həb müxtəlif adda dərman preparatı, eləcə də 420 ədəd “Diox” markalı çay aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.