Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİM AİDA İMANQULİYEVANIN YUBİLEYİ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ ELMİ KONFRANS

AZƏRTAC xəbər verir ki, oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin binasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru elm təşkilatçısı, nəcib insan, professor Aida xanım İmanquliyevanın anadan olmasının 65 illiyinə həsr edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etdilər, əziz xatirəsini hörmət və ehtiramla yad edərək, məzarı önünə əklil qoydular.

ABŞ-dan, Türkiyədən, Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərindən gəlmiş qonaqlar, respublika ictimaiyyətinin nümayəndələri AMEA-nın foyesində görkəmli alimin həyat və fəaliyyətindən, elmi yaradıcılığından bəhs edən sərgi ilə tanış oldular.

AMEA-nın prezidenti akademik Mahmud Kərimov konfransı açaraq dedi ki, professor Aida İmanquliyeva elmi ədəbi fəaliyyəti ilə Şərqi və Qərbi birləşdirən görkəmli alimlərdən biri olmuşdur. Onun əsərləri təkcə Azərbaycan və keçmiş Sovet İttifaqının deyil, bütövlükdə, Qərb və dünya şərqşünaslığının qazandığı uğurlar səviyyəsində duran və indi də elmi əhəmiyyətini itirməyən araşdırmalardır. Aida xanımın tədqiq etdiyi Suriya-Amerika ədəbi məktəbi də məhz Şərqlə Qərb ədəbi fikrinin sintezindən ibarət hadisədir. Qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, ölkə şərqşünaslığının elmi təşkilinə həsr etmiş, yazdığı üç sanballı monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifi olan Aida xanım müxtəlif nüfuzlu beynəlxalq konfranslarda şərqşünaslıq elmimizi ləyaqətlə təmsil etmişdir.

Aida xanım öz yaradıcılığı ilə Şərqi Qərbə, Qərbi Şərqə qarşı qoymur, bu iki böyük region arasında ümumi cəhətlər tapmağa, onların yaxınlaşmasına yardımçı olmağa çalışırdı. Onun bu yöndəki fəaliyyəti xüsusən indiki qloballaşma, müxtəlif mədəniyyətlərin yaxınlaşması və inteqrasiyası əsrində yenidən aktuallıq kəsb etməyə başlamışdır.

Sonra AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyevin “Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi”, AMEA-nın həqiqi üzvü Bəkir Nəbiyevin “Vüqar və ləyaqət rəmzi”, Milli Məclis sədrinin müavini, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın “Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsirinə dair. (Görkəmli şərqşünas alim Aida İmanquliyevanın elmi yaradıcılığı əsasında)”, Azərbaycan Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səlahəddin Xəlilovun “Aida İmanquliyeva və Azərbaycanda Şərq-Qərb problematikası”, AMEA-nın əməkdaşı, Aida İmanquliyeva irsinin tədqiqatçısı Afaq Əsədovanın “Qərb və Şərqin mərkəzində yerləşən Azərbaycan modeli” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdə Aida İmanquliyevanın şərqşünslıq elminə gətirdiyi yeniliklərdən, zəngin elmi yaradıcılığından və təşkilatçılıq bacarığından ətraflı bəhs olundu. İndiki qloballaşma, müxtəlif mədəniyyətlərin inteqrasiyası əsrində onun tədqiqatlarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, ilk azərbaycanlı qadın-şərqşünas elmlər doktoru idi. 1991-ci ildən ömrünün sonunadək akademiyanın Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət heyətinin, Şərq ədəbiyyatının tədqiqi üzrə əlaqələndirmə şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri idi. Onun elmi araşdırmalarının zirvəsi olan “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyası keçmiş İttifaq, o cümlədən Azərbaycan şərqşünaslığında mühüm hadisə idi.

Natiqlər vurğuladılar ki, özündən sonra zəngin ədəbi irs qoyub getmiş Aida xanım fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığına deyil, eyni zamanda, dünya şərqşünaslığına böyük töhfə vermişdir. Rusiyada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir. Yeni ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə, İlya Əbu Hadi kimi görkəmli nümayəndələrin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları və ərəblərin özləri belə etiraf edirlər. Ərəb ədəbiyyatına dair yazdığı məqalələr, beynəlxalq konfrans və simpoziumlarda etdiyi çıxışlar, uzun illər universitetin şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının müasir dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən biridir. Bu baxımdan alimin elmi irsi daha dərindən araşdırılmalı, gələcək nəsillərə çatdırılmalıdır.

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Kudelin, İstanbul Universitetinin professoru xanım Ümid Meriz, Sankt-Peterburq Universitetinin professoru Olqa Frolova və başqaları konfransın təşkilatçılarına təşəkkür edərək, belə mötəbər elmi foruma dəvət olunduqlarına görə minnətdarlıqlarını bildirdilər, təmsil etdikləri ölkələrin elm ocaqları rəhbərlərinin, alimlərinin salamlarını çatdırdılar.

Qonaqlar vurğuladılar ki, Aida İmanquliyevanın məhcər ədəbiyyatı nümayəndələrinin yaradıcılığının təhlilini o dövrün tarixi-siyasi və mədəni prosesləri ilə əlaqələndirməsi ona həm də bu ədəbi məktəbin yaranmasının tarixi köklərini müəyyənləşdirməyə imkan vermişdir. Alim sırf ərəb mövzusu çərçivəsindən kənara çıxaraq, təkcə ərəb Şərqində deyil, digər müsəlman ölkələrində və onlardan çox-çox uzaqlarda da tarixi-ədəbi inkişafın mürəkkəb və bəzən təzadlı formalarının çərçivələrini müəyyənləşdirmişdir. Aida xanıma qədər Suriya-Amerika məktəbi nümayəndələrinin yaradıcılığına həsr olunmuş tədqiqatlar çox deyildi və o bu sahənin fundamental araşdırılmasında novator idi. Dövrümüzün reallıqları göstərir ki, Şərq-Qərb problemlərinin öyrənilməsi müasir dünya üçün çox vacib idi.

Konfransın birinci iş gününün sonunda iştirakçılar Heydər Əliyev Fondu ilə tanış oldular.

Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin birinci

müavini Arif Rəhimzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri konfransın açılışında iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar