GÖRÜŞLƏRDƏ QARŞILIQLI MARAQ DOĞURAN MƏSƏLƏLƏR ƏTRAFINDA FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Fəxrəddin Qurbanov Britaniya Parlamentinin Lordlar Palatasının üzvü lord Hilton və xanım baronessa Saymonsla ayrı-ayrılıqda görüşmüşdür.
Görüşlərdə ölkələrimiz arasında mövcud əlaqələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir F.Qurbanov bölgədə və ölkəmizdə baş verən hadisələr haqqında məlumat vermiş, regional əhəmiyyətli layihələr haqqında danışmışdır. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən səylərdən danışmış, həmçinin regional əməkdaşlıq və inteqrasiya sahəsində, xüsusilə GUAM çərçivəsində həyata keçirilən əməkdaşlıq haqqında ətraflı məlumat vermişdir.
Bundan əlavə, Azərbaycanda neft gəlirlərinin idarə olunması sahəsində görülən tədbirlərdən bəhs edən səfir, bu məqsədlə ayrıca Dövlət Neft Fondunun yaradıldığını da bildirmişdir.
Lord Hilton və baronessa Saymons münaqişənin həllinin regional inteqrasiya proseslərinə müsbət təsir edəcəyini vurğulayaraq, Böyük Britaniya və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışlar.
Görüşlərdə ölkələrimizin parlamentləri arasında əlaqələrin qarşılıqlı münasibətlərə müsbət təsiri və bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]