Göyçayda Dövlət Bayrağı Günü qeyd edilib
Bakı, 9 noyabr, AZƏRTAC
Göyçay rayonunda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev prospektində yerləşən Bayraq Muzeyində olub, muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.
Muzeyin qarşısında davam edən tədbirdə şəhər 4 nömrəli tam orta məktəbin qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, respublikanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı çıxış ediblər.
Sonra rayon gənclərinin ifasında vətənpərvərlik musiqiləri dinlənilib.