REGİONLAR
Göyçayda payızlıq taxıl səpini başa çatıb
Göyçay, 21 dekabr, AZƏRTAC
Göyçay rayonunda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, bu il payız aylarında 12 min 342 hektarda taxıl səpilib. Əkin sahələrinin 6142 hektarı arpa, 6200 hektarı isə buğdadır. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qaraməryəm, Bığır, Aşağı Qaraməryəm, Alxasava və sıra digər ərazi icra nümayəndəliklərində taxıl səpininə yekun vurulub.
Artıq taxıl əkini sahələrinin 90 faizdən çoxunda normal çıxış alınıb. Taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər hazırda əkin sahələrinin suvarılması, zərərvericilərə qarşı mübarizə tədbirləri ilə əlaqədar ciddi səy göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]