MƏDƏNİYYƏT
Göyçayda Xalq Şairi Cabir Novruzun 80 illik yubileyi qeyd edilmişdir
Göyçay, 22 may (AZƏRTAC). Göyçay rayon mərkəzi kitabxanasında Xalq Şairi Cabir Novruzun anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil və mədəniyyət işçiləri, ziyalılar, gənclər və şagirdlər, daimi oxucular iştirak etmişlər. Mərasimdə çıxış edənlər bildirmişlər ki, Cabir Novruz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindəndir. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazanmışdır.
Tədbirdə bədii qiraət ustaları və oxucular şairin şeirlərini söyləmişlər. Rayon musiqi məktəbinin şagirdləri şairin sözlərinə yazılmış “Tələbəlik illəri”, “Bulaq suyu, dağ havası”, “Cavanlığım”, “Məhəbbət bayatıları” mahnılarını ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [18:17]
Bakıda “Pyotr Fomenkonun emalatxanası” teatrının qastrolları olub
- 20.05.2024 [16:40]
“Əsrə bərabər gün” tamaşasına baxış
- 20.05.2024 [16:27]
Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 20.05.2024 [16:12]
Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 20.05.2024 [14:38]