Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçə mahalının tarixi və Azərbaycanın siyasi-ictimai mühitində yeri – Məqalə

Bakı, 12 fevral, AZƏRTAC

Göyçə mahalı Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında 1991-ci ilədək azərbaycanlıların kompakt yaşadıqları ərazilərdən biridir. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Göyçə mahalı tarixən türk tayfalarının yurdu olub. Göyçə Azərbaycanın siyasi-ictimai həyatına töhfə verən azərbaycanlıların tarixi diyarı kimi tanınıb və tarixşünaslıqda yerini alıb. Oğuz elinin Göyçədə məskunlaşmasının azı 5 min, özünümüdafiə şüuruna yetməsinin azı 4 min, dil və yazı mədəniyyəti əxz etməsinin minimum 3 min, dövlətləşmə mərhələsinə qədəm qoymasının azı 2700, yazılı ədəbi və tarixi abidələr yaratmasının isə azı 2500 illik tarixi var. Uzaq tarixi keçmişə malik mahalın adı olan “Göyçə” kəlməsi təkcə “göyçək”, “gözəl yurd”, “göy sulu” mənasını ifadə etmir, həmçinin oğuz türkünün 3-5 min il öncəki dilində bu kəlmə “müqəddəs insanlar yurdu”, “baş tanrının yurdu”, “səmavi varlıqlar yurdu” anlamına gəlir. Göyçə mahalı oğuz elinin düşüncə mərkəzi, oğuz boylarının “Tenqri” kimi qəbul etdikləri seçkin şəxsiyyətlərin yurdu kimi də tanınır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və Azərbaycanın siyasi-ictimai mühitində yeri” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin bildirilir ki, Göyçə mahalına türk mənşəli kimmer, skif, sak tayfaları buradakı yerli türk əhalinin mövqeyini daha da gücləndirib. “Kitabi-Dədə Qorqud” dastanında da Göyçə mahalı oğuz türklərinin vətəni kimi təsvir olunur, həmçinin burada Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlərin adları çəkilir. Türk mənşəli Sacilərin, Salarilərin və Rəvvadilərin, Böyük Səlcuq imperiyasının, Atabəylər, Hülakü, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində olan Göyçə mahalı Səfəvilər dövründə Çuxursədd bəylərbəyiliyinin inzibati ərazi vahidlərindən biri olub. Türk tayfalarının idarə etdikləri bəylərbəyilik Səfəvi-Osmanlı müharibəsi dövründə ciddi dağıntılara məruz qalıb, İstanbul sülh müqaviləsi ilə Osmanlı imperiyasının tabeliyinə keçib. XVIII əsrdə Çuxursədd bəylərbəyiliyi İrəvan, Naxçıvan və Maku əyalətlərini əhatə edib və Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycanın inzibati ərazisinin tərkibində olub. Nadir şahın ölümündən sonra Göyçə gölü ətrafında yaranan İrəvan xanlığının tərkibinə daxil olan Göyçə mahalı xanlığın şimal hissəsini əhatə etməklə həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük mahal hesab edilib.

Müəllif yazır ki, Göyçə mahalı müharibə ilə Rusiyaya birləşdirilənədək İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. XIX əsrin ortalarında əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsində yeni inzibati ərazi vahidi - Yeni Bəyazid qəzası təşkil edildi. Bu addımı atmaqla çar hökuməti tarixi Azərbaycan ərazilərini tədricən planlı şəkildə erməniləşdirmək məqsədi güdürdü. Qəza inzibati cəhətdən 4 nahiyəyə - Dərəçiçək, Göyçə, Gözəldərə və Məzrəyə bölündü. Göyçə gölü və gölün sahilyanı əraziləri qəzanın şimal-şərq və cənub-qərb ərazilərini bir-birindən ayırırdı. Tarixi Azərbaycan torpağı olan İrəvanın işğalından sonra yerli türk əhaliyə qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə aparılan etnik təmizləmə və soyqırımı siyasəti, ermənilərin planlı şəkildə köçürülməsi nəticəsində bu ərazilər Azərbaycandan zorla qoparıldı. 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqavilələri ilə İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edildi, Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü - “Erməni vilayəti” yaradıldı. 1829-1832-ci illərdə həyata keçirilən siyahıyaalmanın nəticəsinə görə, Göyçə mahalı ərazisində 59 dağıdılmamış kənd qalmışdı. Həmin kənlərdən 40-ı məlum olsa da, digər 19-unun adı unudulub. Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ərazisi 114 min kvadratkilometr olub. 1920-ci ildən AXC-ni işğal edən rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərələyəz mahallarını, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verdi. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkan Göyçə mahalı süni şəkildə beş inzibati rayon arasında bölünüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka.

Məqalədə vurğulanır ki, geniş otlaqlara malik Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustadlar, saz və söz sənətkarlarını bəxş edib. Göyçə mahalı cənubdan Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimaldan isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şahdağdan baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olub. Bu mahalda yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətiriblər. Oranın hər guşəsində türk-oğuz izlərinə rast gəlinir. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günədək oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Göyçə mahalının Ağzıbir, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Kərimkənd, Kosa Məmməd, Nərədüz, Məmmədağalı, Qışlaq, Daşkənd, Bala Məzrə, Yarpızlı, Sədənağac və digər kəndlərində mövcud olan tarixi abidələr Alban memarlıq abidələri kompleksinə daxil olmaqla, həm də ulu keçmişimizdən xəbər verir. Bu abidələrin, qəbirlərin bir çoxu vətəndaşlarımızın deportasiyasından sonra dağıdılıb, qarət edilib, ermənilər tərəfindən mənimsənilib. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdi. Göyçə mahalının dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalıya bənzəyirdi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng, al-əlvan xalçalar ərsəyə gətiriblər, həmin nümunələr bu günə qədər gəlib çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır

AQTA: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb