Güclü qar səbəbindən Türkiyənin Ağrı bölgəsində 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib VİDEO
Ankara, 31 yanvar, AZƏRTAC
Türkiyənin şərq bölgələrində davam edən güclü qar böyük problemlər yaradıb. Güclü şaxta su xətlərini dondurub, külək tez-tez elektrik naqillərini sıradan çıxarır.
AZƏRTAC xəbər verir ki, Ağrı bölgəsində qarın hündürlüyü daha çox artıb. Bu səbəbdən 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Ağrı- Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb. Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]