Güclü sosial siyasət vətəndaş rifahının təminatı sahəsində mühüm irəliləyişlərə imkan verib
Bakı, 15 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ötən 20 ildə ölkəmiz güclü sosial siyasətə malik dövlət olaraq böyük inkişaf yolu keçib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial sahənin prioritetliyi və dövlət büdcəsinin sosialyönümlü olmasının ildən-ilə uğurla davam etdirilməsi təmin edilib.
Aparılan güclü sosial siyasət eyni zamanda, ötən 20 ildə əməkhaqqı və pensiyaların, digər sosial ödənişlərin dəfələrlə artmasına imkan verib.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil, fərdi ev və avtomobillə təminatı proqramları da uğurla davam etdirilərək əhəmiyyətli dərəcədə genişləndirilib.