Güləşçimiz Murad Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına layiq görülüb
Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Mayın 17-də İslamiadada Azərbaycanın güləş yığmasının aktivinə ilk medalı Murad Məmmədov yazdırıb.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə İordaniya təmsilçisi Mostafa Alqadenidən üstün olub.
Rəqibinə böyük hesabla - 8:0 qalib gələn Azərbaycan güləşçisi yarışı üçüncü sırada başa vurub.