Gündən-günə gözəlləşən Naxçıvan FOTOREPORTAJ
Naxçıvan, 25 aprel, Rauf Kəngərli, AZƏRTAC
2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan şəhəri yaz fəslində yaşıllıqlara bürünərək gözəlliyi ilə göz oxşayır. Yaraşıqlı binalar, təmiz prospekt və küçələr, meydanlar, bağlar, parklar, bərpa olunmuş qədim abidələr şəhərin ən yüksək məkanında dalğalanan üçrəngli bayrağımızın fonunda daha əzəmətli görünür. Mühüm maarif, elm və mədəniyyət, informasiya mərkəzlərindən birinə çevrilən muxtar respublikanın paytaxtına gedən yollar da bu gözəlliklərlə harmoniya təşkil edir. Hər yanda səliqə-sahmana, insan əllərinin yaratdığı möcüzələrə baxdıqca qəlbimiz fərəhlənir.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikasının sürətli inkişafı, yüksəlişi, qüdrəti bu şəhərin timsalında da parlaq şəkildə görünür. Dahi şəxsiyyətin yoluna sədaqəti, əyilməz vüqarı ilə nümunə olan Naxçıvan bu gün gözoxşayan gözəlliyi ilə də nümunədir. Onun hər bir daşında vətənpərvərliyin, yurda bağlılığın izlərini görmək mümkündür.
AZƏRTAC-ın Naxçıvan bürosu yaşıllığa bürünmüş qədim diyardan çəkilmiş fotoları təqdim edir.