Gündüz İsmayılov: Din xadimləri üçün 44 vakant vəzifə müsahibəyə çıxarılıb
Bakı, 16 fevral, AZƏRTAC
Bildiyiniz kimi, məscid və ziyarətgahlarda din xadimlərinin təyinatı ilə bağlı müsahibələr keçirilir. Bu, sayca ikinci müsahibədir. İlk müsahibə keçən il təşkil olunub. Bu il müsahibəyə 44 vakansiya çıxarılıb. Bunlardan 7-si qadınlar üçün nəzərdə tutulub. Qadınlar üçün vəzifənin adı “dini ayinlərin icraçısı”dır. Yəni, qadınlar din xadimi hesab olunmur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib.
O qeyd edib ki, ümumiyyətlə, məscid və ziyarətgahlarda üç vəzifə müəyyənləşdirilib. Bunlar imam, imam müavini və dini ayinlərin icraçı vəzifələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]