“Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusu Abdulla Şaiqin 140 illiyinə həsr olunub
Bakı, 9 mart, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəsinin növbəti mövzusunu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müəllim, şair, dramaturq və tərcüməçi Abdulla Şaiqin 140 illik yubileyinə həsr edib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi hazırlanmış videoçarxda şairin ev muzeyindən görüntülər təqdim etməklə, ədibin irsini yaşatmaq, uşaq və yeniyetmələrə tanıtmaqdır.
Videoçarxın süjet xəttində kitab və kitabxanaların əhəmiyyətli rolu vurğulanır, uşaqların bir şəxsiyyət kimi formalaşmalarında, dünyagörüşlərinin artmasında, söhbətcil, hazırcavab olmalarında mütaliənin əvəzolunmaz olduğu qeyd olunub.
Videoçarxda, ədibin sevilən əsərləri sırasında yer alan “Tıq-tıq xanım” mənzum nağılının baş qəhrəmanları Tıq-tıq xanımla Siçan bəyin barış səhnəsi təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:06]
Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
- 13.05.2026 [16:42]
Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb
- 13.05.2026 [16:36]
WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub
- 13.05.2026 [16:23]
Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur
- 13.05.2026 [16:17]
Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur
- 13.05.2026 [15:49]
Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
- 13.05.2026 [15:30]