Gürcüstan hökuməti diaspor təşkilatları ilə bağlı xüsusi qrant proqramı hazırlayıb
Tbilisi, 23 may, AZƏRTAC
Xarici ölkələrdəki gürcü diasporu ilə əlaqələr Gürcüstan hökuməti üçün prioritet məsələdir. Mənim əsas məqsədlərimdən biri də diaspor təşkilatlarımızın ölkəmizin inkişafındakı iştirakını təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin iclasından öncə keçirdiyi brifinqdə səsləndirib. Onun sözlərinə görə, mayın 27-28-də Tbilisidə diaspor təşkilatlarının ənənəvi forumu keçiriləcək.
M.Baxtadze deyib: “Biz diaspor təşkilatları ilə əlaqədar xüsusi qrant proqramı hazırlamışıq. Diaspor təşkilatları da öz təşəbbüslərini hazırlayıblar. İnanıram ki, bu məsələlər gələn ilin dövlət büdcəsində əksini tapacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]