Gürcüstan MSK: Seçkilərin saxtalaşdırılmasına dair Salome Zurabişvilinin iddiaları əsassızdır
Tbilisi, 25 dekabr, AZƏRTAC
Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı prezident Salome Zurabişvilinin səsləndirdiyi iddiaları rədd edirik, bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan Mərkəzi Seçki Komissiyasının bəyanatında əksini tapıb.
“Seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçki nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər” – deyə, bəyanatda vurğulanır.
Sənəddə deyilir ki, seçkilər qanun çərçivəsində yüksək peşəkarlıqla keçirilib və bu, beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in hesabatlarında təsdiqlənib. Bundan əlavə, seçki prosesi ilə bağlı səsləndirilən narazılıqların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib, lakin indiyədək konkret sübutlar təqdim olunmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]