Gürcüstan polisi Avropolla birlikdə ölkə ərazisində xüsusi əməliyyat keçirib
Tbilisi, 19 aprel, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi Avropol ilə birgə aprelin 19-da ölkə ərazisində xüsusi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyat nəticəsində kriminal aləmdə məşhur olan üç nəfər həbs edilib.
DİN-in Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi brifinqdə deyib ki, saxlanılan şəxslərin hazırda Avropada olan “qanuni oğrular”la sıx əlaqələri olub və onlardan tapşırıqlar alaraq cinayətlər törədiblər.
Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Saxlanılan şəxslər Avropada olan “qanuni oğrular” Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə daim əlaqədə olublar. Saxlanılan şəxslərin bir nəfərdən ailəsini məhv etməklə qorxudaraq 60 min lari aldıqları istintaqla sübuta yetirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]