Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN ÇIXIŞI

- Mənim əziz dostum və qardaşım cənab İlham!

Hörmətli qonaqlar və dostlar!

Amerikadan və Britaniyadan olan əziz qonaqlarımız!

Bugünkü mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Ona görə ki, bu, doğrudan da bizim arzularımızın və niyyətlərimizin həyata keçməsi deməkdir. Bir neçə illər bundan əvvəl razılıqların əldə olunmasına və müqavilələrin imzalanmasına baxmayaraq, elə qüvvələr var idi ki, bu layihənin həyata keçirilməsini ləngitmək və onun qarşısında maneələr törətmək istəyirdi. Onlar ümumilikdə regionun inkişafını dayandırmaq istəyirdilər. Hesab edirəm ki, artıq həmin adamların niyyətlərinin boşa çıxdığını demək olar. Bütün bu əngəllərə baxmayaraq, biz layihəni həyata keçirə bildik və əminik ki, neft kəməri vaxtında istismar ediləcəkdir. Bugünkü tədbir buna daha bir əyani misal və neft kəmərinin vaxtında tamamlanacağına bir sübutdur.

Qeyd etməliyəm ki, ölkələrimiz arasında olan əlaqələr çox genişdir. Bu neft kəməri də bizi birləşdirən amillərdən biridir. Eyni zamanda, Gürcüstanla Azərbaycan milyonlarla insanların qəlbində bir-birinə yaxınlaşmışdır. Bizi, həmçinin ölkələrimizin tarixi yaddaşı bir-birinə birləşdirir. Mən iftixar hissi ilə xatırlayıram ki, müstəqilliyimizin ilk illərində biz, həqiqətən, çiyin-çiyinə bir-birimizə yardım göstərdik, qarşımıza çıxan çətinlikləri birlikdə aradan qaldırdıq. Burada etiraf edə bilərəm ki, Azərbaycan bəzən öz ehtiyatlarından kəsərək bizə qardaş əli uzadırdı.

Bu layihənin həyata keçirilməsində cənab Heydər Əliyevin xüsusi rolunu qeyd etmək istəyirəm. Heydər Əliyev Bakıya qayıdanda Azərbaycanda dövlətçilik tamamilə pozulmuşdu. Bu dahi şəxsiyyət heç nədən böyük bir dövlət yaratdı. Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın bir ictimai-siyasi formasiyadan digərinə keçdiyi dövrə təsadüf edirdi. Xalqın özündə də sabaha inam itmişdi. Heydər Əliyev həmin inamı qaytardı və böyük bir milləti yenidən bir dövlətin içərisində birləşdirdi. Əminəm ki, əsrlər keçəcək və Azərbaycan xalqı bugünkü Prezidentin atasının ölkə üçün, xalq üçün gördüyü işləri unutmayacaqdır.

Bizim borcumuz ondan ibarətdir ki, Gürcüstanda da eyni işləri görək, gürcü xalqını birləşdirək. Gürcü xalqı deyəndə, mən Gürcüstanda yaşayan bütün millətləri nəzərdə tuturam. Bildiyiniz kimi, son illərdə Gürcüstan ağır və kəşməkəşli bir yol keçibdir. Biz məktəblərdə Gürcüstanın müstəqilliyi uğrunda canını qurban vermiş insanların şəklini asırıq. Eyni zamanda, bilirik ki, Azərbaycan üçün də müstəqilliyi qoruyub saxlamaq çox çətin idi. Ona görə də biz müstəqilliyimiz uğrunda həyatlarını qurban vermiş qəhrəmanları unutmamalıyıq. Azərbaycanlılar da Gürcüstanda bizim müstəqilliyimiz uğrunda mübarizə aparmışlar və onlar bizim vətəndaşlarımız, öz doğmalarımızdır. Biz istəyirik ki, onlar gürcülərlə qaynayıb-qarışsınlar və Gürcüstanın ayrılmaz hissəsi olsunlar. Onlara münasibətdə Gürcüstanda ədalət prinsipi olmalıdır. Onlar həmişə hiss etməlidirlər ki, Gürcüstanda heç bir azərbaycanlını incitməyəcəklər. Əlbəttə, məndə elə bir illüziya yoxdur ki, bu neft kəməri bütün problemləri həll edəcəkdir. Məndən öncəki iqtidar həmişə deyirdi ki, bu neft kəməri problemlərin hamısını həll edəcəkdir. Amma eyni zamanda, mən onu da etiraf etməliyəm ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ən böyük amillərdən biridir.

Biz eyni zamanda, Gürcüstanda dövlətin borcu kimi yığılmış maaşları, təqaüdləri verə bildik, struktur islahatları apardıq, polis öz funksiyalarını icra etməyə başladı. İki-üç gün öncə biz Gürcüstanda elan etdik ki, bütün biznesmenlərin bu günədək olan borcunu bağışlayırıq, amma bundan sonra onlar öz vəsaitlərinin həcmini açıqca göstərməli və Gürcüstanın iqtisadiyyatına yönəltməlidirlər. Mən onların toxunulmazlığını bəyan etdim və onlara təminat verdim. İstəyirəm ki, artıq Gürcüstanda insanlarda dövlətə inam olsun və onlar bilsinlər ki, iqtisadiyyata qoyduqları pullar ölkənin gələcəyinin və inkişafının təminatıdır.

Ötən həftə ərzində BTC şirkəti ilə bizim aramızda danışıqlar nəticəsində razılıq əldə olundu. Danışıqlar ekoloji cəhətdən Gürcüstan üçün ən mühüm regionlara aid idi. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri Gürcüstanın gələcəyi üçün böyük əhəmiyyətə malik olan ekoloji bölgələrdən keçir və danışıqlardan sonra əldə olunmuş razılıq və ayrılacaq məbləğ ölkəmizin kurort zonasında xeyli işlər görülməsinə imkan verəcəkdir. Biz bütün bu layihələrin həyata keçirilməsi üzrə addım-addım irəliləyərək, ayaq üstə dura biləcəyik. Bizim xalqımız hələ kasıbdır, sosial problemlərimiz çoxdur. Amma illər ərzində yığılmış problemləri bir gündə həll etmək mümkün deyildir. Biz çalışırıq ki, səylərimizi artıraq. Səkkiz ay ərzində əldə etdiklərimiz yəqin ki, başqa şəraitdə dörd-beş ilə görülərdi. İnanıram ki, biz insanlarımızın gələcəyi naminə gördüyümüz işləri uğurla başa çatdıracağıq. Bizim üçün ən önəmlisi vətəndaşların həmrəyliyidir. Gürcü və Azərbaycan xalqları artıq bizim seçimimizin doğru olduğuna inanıblar. Biz bütün ölkələrlə - Rusiya, Türkiyə ilə əlaqələrimizin yaxşı olmasını istəyirik. Biz ölkələrimizin inkişafında Türkiyənin rolunu danılmaz hesab edirik. Bu layihənin və digər proqramların həyata keçirilməsində ABŞ-ın və Böyük Britaniyanın xüsusi rolunu da qeyd etməliyik.

Bir daha sizi salamlayıram. Bizim üçün çox əhəmiyyətlidir ki, bir daha görüşdük. Mən İlham Əliyevlə görüşə heç zaman rəsmi görüş kimi gəlmirəm. Çünki rəsmi görüş bir növ gərginliklə müşayiət olunur və bəzən bu görüşlərdə adamın üzü də gülmür. Mən İlham Əliyevi bir qardaşım kimi görəndə, onun üzünə gülümsəmək istəyirəm. Ömrümün 36-cı ilində deyə bilərəm ki, məni Azərbaycan Prezidenti ilə bir çox amillər birləşdirir. İlk növbədə, bizi xalqlarımızın gələcəyi və tutduğumuz mövqelər, habelə öz dövlətimizə və millətimizə olan məhəbbətimiz birləşdirir. Bir daha sizi təbrik edir və uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb