Gürcüstan: şaxtada insan tələfatı ilə nəticələnən qəza səbəbindən matəm elan olunub
Tbilisi, 5 aprel, AZƏRTAC
Aprelin 6-sı Gürcüstanda matəm günü elan olunub.
AZƏRTAC xəbər verir ki, buna səbəb ölkənin Tkibuli bölgəsindəki Mildeli şaxtasında baş verən qəzada 6 nəfərin ölməsidir.
Aprelin 6-da səhər Gürcüstanda bütün dövlət idarələrində bayraqlar endiriləcək. Bu barədə Gürcüstan Hökuməti dəftərxanasından bildiriblər.
Xatırladaq ki, aprelin 5-də gecə saatlarında Gürcüstanın Tkibuli bölgəsindəki Mildeli şaxtasında baş verən qəza nəticəsində 6 nəfər həlak olub, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]