GÜRCÜSTAN VƏ AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ MONASTR KOMPLEKSİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 17-18-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcəkdir.
Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze bildirmişdir ki, növbəti iclas çərçivəsində razılaşdırılmamış sərhəd sahələri, o cümlədən David Qareci monastr kompleksi rayonundakı sahələr müzakirə ediləcəkdir.
İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə Azərbaycan hökumət komissiyasının üzvləri iştirak edəcəklər.
İndiyədək Azərbaycan və Gürcüstan arasında ümumi uzunluğu 480 kilometr dövlət sərhədinin 65 faizi razılaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [17:02]
Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib
- 27.05.2026 [16:33]
28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib
- 27.05.2026 [16:18]
1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]