Gürcüstan vətəndaşları Suriya və İraqda terror qruplaşmalarında xidmət edirlər
Tbilisi, 4 aprel, AZƏRTAC
Gürcüstan vətəndaşları Suriya və İraqda terror təşkilatlarında xidmət edirlər.
AZƏRTAC Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, terror qruplaşmalarında döyüşən gürcülərin sayı 30-a yaxındır.
Yerli mətbuat Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına istinadən yazır ki, onların hazırda müxtəlif terror təşkilatlarına qoşularaq döyüşlərdə iştirak etmələri istisna olunmur.
Məlumatda deyilir ki, 2017-ci ildə həmin vətəndaşların Gürcüstana qayıtmaları faktları qeydə alınmayıb. Həmin vətəndaşların Gürcüstana mümkün qayıdışı xüsusi nəzarətdə saxlanılır. Onlar qayıtdıqda qanunamüvafiq addımlar atılacaq.
DTX terrorizm və ekstremizmin maliyyələşdirilməsi faktlarının müəyyən edilməsi üzrə fəal tədbirlər həyata keçirib. Terrorizmlə əlaqəsi olan bir neçə şəxs Gürcüstanda müxtəlif bank əməliyyatları həyata keçirməyə cəhd edib. Xidmət qanun çərçivəsində bu cür cəhdlərin qarşısını almağa çalışır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]