GÜRCÜSTANDA ALKOQOLSUZ İÇKİLƏR İSTEHSAL EDƏN 226 MÜƏSSİSƏDƏN 218-İ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi ölkənin 32 rayonunda alkoqolsuz içkilər istehsalının vəziyyətini yoxlayaraq, hazırda ölkədə fəaliyyət göstərən 226 belə istehsal müəssisəsindən yalnız 8-nin alkoqolsuz içkilər buraxmağa icazəsi olduğunu, 218-nin sanitariya qaydalarına cavab verməyən zirzəmi və avtomobil qarajlarında qanunsuz işlədiyini aşkar çıxarmışdır.
Nazirliyin mineral sular departamentinin rəhbəri Zurab Çekuraşvilinin sözlərinə görə, yoxlamanın nəticələri tədbir görülməsi məqsədi ilə müvafiq təşkilatlara göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]