DÜNYA
Gürcüstanda bir gündə 30 nəfər koronavirusdan ölüb
Tbilisi, 18 may, AZƏRTAC
Gürcüstanda son sutkada koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində ölkədə 1563 yeni yoluxma faktı qeydə alınıb.
Daha 30 nəfər isə pandemiyanın qurbanı olub. Bu göstərici ölkədə pandemiyanın qeydə alındığı ilk gündən bəri ikinci ən yüksək həddir.
Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilir ki, son sutkada koronavirusdan 1490 nəfər müalicə olunub.
Bu günə kimi Gürcüstanda ümumilikdə 332 min 441 nəfər COVID-19 infeksiyasına yoluxub. Onların 312 min 349-u sağalıb, 4 min 499-u isə dünyasını dəyişib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]