Gürcüstanda daha bir müxalifət lideri saxlanılıb
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Gürcüstanda daha bir müxalifət lideri saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları sentyabrın 15-də “Dəyişiklik Koalisiyası”nın liderlərindən biri Elene Xoştariyanı saxlayıblar.
Müxalifətçinin saxlanılmasına səbəb, onun "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından Tbilisi meri vəzifəsinə namizəd Kaxa Kaladzenin bannerini zədələməsidir.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən iş açılıb. Cinayət Məcəlləsinin 187-ci (əmlakı zədələmə və ya məhv etmə) maddəsi ilə araşdırma başlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]