Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100 illik yubileyi geniş qeyd olunacaq
Tbilisi, 28 mart, AZƏRTAC
“Mayın 26-da Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100 ili tamam olacaq. Gürcüstan hökuməti bununla əlaqədar ölkə daxilində və xaricdə təntənəli tədbirlər təşkil etmək niyyətindədir. Bu münasibətlə 200-dək tədbirin keçirilməsi nəzərdə tutulub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hökumətin martın 27-də keçirilmiş iclasında söyləyib.
Baş nazir deyib ki, Gürcüstanın xarici ölkələrdəki səfirlik, konsulluq və diaspor təşkilatlarına da bu barədə müvafiq göstərişlər verilib.
G.Kvirikaşvili 100 illik yubiley ilə əlaqədar paytaxt Tbilisidə təntənəli tədbir keçiriləcəyini xüsusi vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]