DÜNYA
Gürcüstanda kəskin hava şəraiti və qasırğa barədə xəbərdarlıq olunub
![Gürcüstanda kəskin hava şəraiti və qasırğa barədə xəbərdarlıq olunub](/files/2020/1/1200x630/1579711322194753647_1200x630.jpg)
Tbilisi, 22 yanvar, AZƏRTAC
Yanvarın 23-dən başlayaraq Gürcüstanda hava şəraiti kəskin dəyişəcək.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi bununla bağlı xüsusi xəbərdarlıq yayıb.
Bildirilir ki, yanvarın 23-dən 25-dək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, dağətəyi və dağlıq bölgələrdə duman, çovğun olacaq və güclü külək əsəcək.
Qara dəniz sahillərində 3-4 ballıq qasırğa gözlənilir.
Güclü yağıntılar səbəbindən bölgələrdə torpaq sürüşməsi istisna edilmir.
Yollar buz bağlayacaq, xüsusən Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [22:37]
Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]