DÜNYA
Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb
Tbilisi, 2 avqust, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı ötən həftə ərzində yenidən artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyulun 24-dən 31-dək ölkədə daha 11 802 nəfərin koronavirusa yoluxduğu təsdiq edilib.
Bu da ondan əvvəlki həftə ilə müqayisədə 1549 fakt çoxdur.
Son həftə ərzində daha 10 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, Gürcüstanda 2020-ci il fevralın 26-dan iyulun 24-dək 1 698 020 nəfər COVID-19 virusuna yoluxub.
Onların 1 668 422-si sağalıb, 16 869-u isə dünyasını dəyişib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [17:11]
Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb
- 11.05.2024 [16:33]
Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb
- 11.05.2024 [15:07]
Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb
- 11.05.2024 [14:57]
Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
- 11.05.2024 [14:30]