Gürcüstanın dəmir yolları ilə yükdaşımaların həcmi 7,6 faiz artıb
Tbilisi, 4 avqust, AZƏRTAC
Cari ilin birinci yarısında Gürcüstanın dəmir yolları vasitəsilə yükdaşımaların həcmi 7,6 faiz artaraq 5 milyon 462,4 min ton təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə tranzit daşımaların həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 19,2 faiz artaraq 2 milyon 953,3 min ton olub. Bu da ümumi yük daşınmalarının 54,1 faizini təşkil edib. Hesabat dövründə idxal üzrə daşımalar 1,2 faiz artaraq 1 milyon 236,6 min ton, ixrac üzrə daşınmalar isə 9,2 faiz azalaraq 543,2 min ton olub.
Yarım ildə Gürcüstan dəmir yolu vasitəsilə neft və neft məhsullarının nəqli 0,4 faiz artaraq 1 milyon 461,1 min ton olub. Bu məhsullar ümumi yük daşınmalarında 26,7 faiz paya sahib olub.
Konteyner daşımaları da 9,1 faiz artaraq 40,295 min TEU təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]