DÜNYA
Gürcüstanın Quriya bölgəsinə qar yağıb
![](/files/galleryphoto/2019/2/1200x630/1561966426805558791_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15619664262983037638_1200x630.jpg)
Tbilisi, 1 iyul, AZƏRTAC
İyulun 1-də gecə saatlarında Gürcüstanın Quriya bölgəsinə qar yağıb. Bu nadir təbiət hadisəsi ən çox yüksək dağlıq ərazidə yerləşən Baxmaro istirahət zonasını əhatə edib.
AZƏRTAC xəbər verir ki, iyunun 30-da axşamdan başlayaraq yağan qar bu gün səhər saatlarına qədər davam edib. Baxmaro istirahət zonasının direktoru David Sadjaya jurnalistlərə bildirib ki, yaşlı nəsil iyul ayında bu bölgəyə qar yağdığını xatırlamır. Onun sözlərinə görə, bəzi insanlar bundan narahat olsalar da, turistlərin və yerli əhalinin böyük əksəriyyəti bu nadir təbiət hadisəsindən çox sevinib.
Əraziyə elektrik enerjisinin verilişi gecə saatlarında dayansa da istirahət zonası generatorlar vasitəsilə enerji ilə təmin olunub.
Qeyd edək ki, Baxmaro dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir və buranın havası yayda çox sərin olur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]
Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər
- 24.06.2024 [14:23]
Ötən il Londonda silahlı cinayətlərin sayı artıb
- 24.06.2024 [14:22]