MƏDƏNİYYƏT
HACI AKİF AĞAYEVİN... FOTO DÜNYASI
Bu barədə iyulun 24-də “Space” Müstəqil Teleradio Şirkətində peşəkar fotojurnalist Hacı Akif Ağayevin əsərlərindən ibarət sərginin açılış mərasimində danışılmışdır.
“Space”dən AZƏRTAC-ın müxbirinə demişlər ki, mərasimdə Respublika Fotoqraflar Birliyinin sədri Rafiq Qəmbərov, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri respublika həmkarlar ittifaqının sədri Oqtay Salamzadə, Azərbaycan MEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyev və başqaları çıxış edərək, Hacı Akif Ağayevin müxtəlif baxış nöqtələrindən çəkdiyi və sərgidə nümayiş etdirilən 36 fotoşəklinin sənətkarlıq xüsusiyyətlərindən söhbət açmışlar.
Fotopublisistika sahəsində qazandığı sənətkarlıq uğurlarına görə Hacı Akif Ağayevə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Fəzilət” media mükafatının diplomu təqdim edilmişdir.
Axırda Hacı Akif Ağayev çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına onun yaradıcılığına göstərikləri diqqətə görə minnətdarlığını bildirmişdir.