Azərbaycan Dövlət İnformasiya Agentliyi

HACIBABA BAĞIROVUN CIXIŞI:

Təşəbbüs qrupunun üzvü, xalq artisti HACIBABA BAĞIROV dünya şöhrətli siyasətçi, Azərbaycan mədəniyyətinin və incəsənətinin qayğıkeşi, dayağı Heydər Əliyevə uzun ömür, cansağlığı arzulayaraq dedi:

Yaşa Prezidentim, yaşa!

Yaşa millətinlə baş-başa!

Sonra mədəniyyət və incəsənət xadimlərinin “Yeni Azərbaycan Naminə” İctimai Hərəkatı dəstəkləməsi ilə bağlı bəyanat oxundu.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə milli mədəniyyətimizin qorunmasına, inkişafına və zənginləşməsinə böyük diqqət yetirmiş, mədəniyyət və incəsənət xadimlərinə xüsusi qayğı göstərmişdir. Mədəniyyətimizin son qərinədəki inkişafı və uğurları məhz onun adı və şəxsiyyəti ilə bağlıdır.

Heydər Əliyev müstəqillik əldə etmiş xalqımızın təhlükəsizliyi və maddi təminatı ilə yanaşı, onun milli mədəniyyətinin inkişafına da şərait yaratmışdır. Dövlətimizin başçısını dinləyərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, daha da inkişaf etdirilməsi, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır.

Heydər Əliyevi dövlət başçısı və şəxsiyyət kimi səciyyələndirən əsas cəhətlərdən biri onun mədəniyyətimizə xüsusi qayğı göstərməsi, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvəti qorumaq və zənginləşdirmək sahəsində yorulmaz fəaliyyətidir.

Ölkə başçısı Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi keçmişinə həmişə qayğı və diqqətlə yanaşmış, tarixi şəxsiyyətlərimizin millətin yaddaşında əbədiləşməsi üçün əməyini əsirgəməmişdir.

Bu baxımdan milli mədəniyyətimizin tarixində xüsusi rol oynamış söz ustalarının, musiqi, teatr və kino xadimlərinin, digər şəxsiyyətlərin yubiley tədbirlərinin keçirilməsi, abidələrinin ucaldılması, onların adlarının müxtəlif vasitələrlə əbədiləşdirilməsi xüsusi qeyd edilməlidir. Məhz bunun nəticəsidir ki, mədəniyyət və incəsənət xadimlərimiz bu illərdə yaradıcılıq axtarışlarını genişləndirmiş, böyük sənət uğurları qazanmışlar.

Milli mədəniyyətimiz ayrı-ayrı ölkələrdə təbliğ edilir, mədəniyyət və incəsənət xadimlərimiz respublikamızın hüdudlarından kənarda da yaxşı tanınır.

Heydər Əliyevin yaradıcı insanlara qayğısı ğöz qabağındadır. Mədəniyyət xadimlərinin fəxri adlara, “İstiqlal” və “Şöhrət” ordenlərinə, xüsusi təqaüdə və mükafata layiq görülməsi bu diqqət və qayğının təzahürüdür.

Bu da bəllidir ki, ölkə başçısı son on ildə mədəniyyət və incəsənət işçilərinin əmək haqlarını bir neçə dəfə artırmış, bununla da teatrlarımızı, muzeylərimizi, kitabxanalarımızı, ayrı-ayrı yaradıcılıq kollektivlərini qoruyub saxlamağa nail olmuşdur. Nəticədə isə, ümumən, mədəniyyətimiz daha da inkişaf edir.

Heydər Əliyev bu il iyulun 5-də mədəniyyət və incəsənət işçilərinin əmək haqlarının artırılması haqqında imzaladığı Sərəncamla çoxminli mədəniyyət işçilərinə və onların ailə üzvlərinə böyük sevinc bəxt etmiş oldu. Ölkə başçısı bu Sərəncamla milli mədəniyyətimizin inkişafı üçün hələ 1969-cu ildən başlamış olduğu işi davam etdirdi, yaradıcı insanlara diqqət və qayğısını bir daha sübuta yetirdi.

Onun təşəbbüsü ilə, Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin – Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Bülbülün, Məmməd Səid Ordubadinin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin və bir sıra başqalarının xatirə muzeyləri yaradılmış, bu muzeylər həmin şəxsiyyətlərin nurlu xatirəsini əbədiləşdirən müqəddəs yerlərə, eyni zamanda, mədəni irsimizin toplandığı və qorunduğu zəngin mədəniyyət ocaqlarına çevrilmişdir. Ölkə başçısı bu muzeylərin təntənəli açılışı mərasimlərində şəxsən iştirak etmiş, sonradan bəzilərini yenidən ziyarətə getmişdir.

1980-ci ildən başlayaraq, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması xalqımıza məxsus milli sərvətin – tariximiz və mədəniyyətimizlə bağlı dəyərlərin, ulu keçmişimizi özündə yaşadan yadigarların toplanması, qorunması, öyrənilməsi və gənc nəslin tərbiyəsində istifadə edilməsi üçün böyük əhəmiyyətə malik hadisə olmuşdur.

Mədəniyyət və incəsənət xadimləri ölkə başçısının qayğısına öz əməli fəaliyyətləri, yaradıcılıq uğurları ilə cavab verir, onu dəstəkləyir, ona inanır və onunla fəxr edirlər.

Bu gün müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində zəruri olan addımlar atılmışdır. Ölkəmizdə ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq hökm sürür, əhalinin fiziki və mənəvi toxunulmazlığı təmin edilmişdir. Azərbaycanın haqq səsi Avropa Şurasının mötəbər kürsüsündən eşidilir.

Bütün bunlar möhtərəm Prezidentimiz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur.

Biz – mədəniyyət və incəsənət xadimləri möhtərəm Heydər Əliyevin ölkəmizdə yaratdığı sabitliyin heç kəs tərəfindən pozulmasına imkan verməyəcəyik. Məhz bu sabitlik bizə sərbəst yaradıcılıqla məşğul olmağa şərait yaratmışdır.

Biz – mədəniyyət və incəsənət xadimlərinin bugünkü görüşünün iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ümummilli lider kimi qəbul edir, onun bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də xidmətlərini yüksək qiymətləndiririk.

Azərbaycan mədəniyyətinin gələcək inkişafı məqsədi ilə biz “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşularaq, onu dəstəklədiyimizi bildirir, növbəti prezident seçkilərində möhtərəm Heydər Əliyevin seçki kampaniyasında fəal iştirak edəcəyimizi və onun namizədliyini dəstəkləyəcəyimizi bəyan edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO