Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışı olub VİDEO
Dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü inşa edilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni yol çoxlu sayda kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.