HADİSƏ YERİNDƏN QAÇAN SÜRÜCÜ TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 11-də Suraxanı rayonunun ərazisində “Forland” markalı avtomaşınla 45-50 yaşlı kişi vurulmuşdur. Nəticədə həmin şəxs hadisə yerində ölmüşdür.
Yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxsin Bakı şəhər sakini Namiq İbrahimov olduğu müəyyən edilmişdir.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanı vurub hadisə yerindən qaçmış “Forland” markalı avtomaşının sürücüsü, Bakıxanov qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Azər Nəsirov tutulmuşdur.
Quba rayonunun ərazisində Bakı şəhər sakini Səməd Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomaşınla həmyerlisi Nazir Hüseynovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]